- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Makedoniya paytaxtı Skopyedə yeniyetmə güləşçilərin qitə birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə hər növdə təmsil olunuruq. Bu gün qızlardan ibarət milli səfərə çıxıb.
Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi ilə heyətdə 6 idmançı – Şahanə Nəzərova (43 kq), Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnurə Məmmədova (57 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıblar.
Avropa çempionatı 12-14 oktyabrda Argentinan paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına vəsiqə verəcək. “Klassiklər”də 45, 51, 60, 71 və 92 kq, “sərbəstlər”də 48, 55, 65, 80 və 110 kq-da çempionlar, qadın güləşində 43, 49, 57, 65 və 73 kq çəkilərdə finalçılar və 1 nəfər 3-cü yerin sahibi birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə maksimum 2 güləşçi ilə təmsil oluna bilər.