- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub.
Allsport.az xəbər verir ki, yubiley premyer liqanın XIX turuna təsadüf edib. “Sumqayıt”la səfər görüşündə (2:0) hesabı açan Rüfət Abdullazadə komandasının 200-cü qolunun müəllifi olub. Bu rəqəmi 201-ə də çatdıran “Səbail” premyer liqadakı 223-cü matçında buna nail olub. Paytaxt təmsilçisi evdə 102, səfərdə 99 qola sevinib. “Səbail” ölkə çempionatları tarixində 200 və daha çox top vuran 23-cü komandadır.
“Səbail” ilk qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.