- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edib.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi ilə Karpatlara Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) yollanıblar.
Sevindiricidir ki, hər 3 bahadırımız fəxri kürsüyə çıxıb. Adı sonuncu çəkilən pəhləvanımız çempion olub. Olimpiya komandamızın bayraqdarı olmağa əsas namizəd Rövşən Bayramov 2-ci yerə çıxıb. O, finalda yerli idmançıya uduzub. Elvin Mürsəliyev bürünc medal qazanıb.