Rusiya millisinə dünya çempionatında iştirakına rəsmən qadağa qoyulub

Rusiyanın xizək sürmə millisi 2024/25-ci il dünya çempionatında iştirakdan rəsmən kənarlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq xizək federasiyasının İsveçrədə keçirilən iclasının yekunlarına dair məlumat verib.

“Heç bir müzakirə olmadı. Bildirildi ki, Rusiya və Belarusun dayandırılması uzadılıb və onların komandaları bu mövsüm FİS yarışlarında olmayacaq”, – İsveç komandasının baş meneceri Lars Oberq deyib.

Rusiyalı xizəkçilər 2022-ci ilin yazından siyasi səbəblərə görə dünya çempionatında iştirak etmirlər.

Həmin kateqoriyadan