- Baxış sayı: 100
- 20 Yanvar 2026 15:01
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

III MDB oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıblar.
Allsport.az xəbər verir ki, bu gün Rusiyadan olan idmançılar Gəncə beynəlxalq hava limanına eniş ediblər. Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.
Gəncə beynəlxalq hava limanında qonaqları III MDB oyunlarının təşkilat komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.