Rusiya xalçaya qaytarılır

Rusiya və Belarus idmançıları 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada iştirak edəcəklərmi? Azərbaycan üçün də vacib sualdır, çünki bir sıra idman növlərində ruslar bizim idmançıların mükafatlar uğrunda əsas rəqiblərindən biridir.

Allsport.az xəbər verir ki, son 1 ildə Azərbaycanın müxtəlif yaş kateqoriyalarında güləş yığmaları bir sıra rekord göstəricilər nümayiş etdirərək böyük uğurlar qazanıblar. Dünya güləş birliyinin rəsmiləri Rusiya və Belarus güləşçilərinin yarışlara buraxılması ilə bağlı qərar qəbul edib. 

Xatırladaq ki, digər olimpiya idman növlərinin böyük əksəriyyətində olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya və Belarus güləşçiləri beynəlxalq turnirlərdə iştirak etmək hüququndan məhrum ediliblər.

Qurum ümumilikdə Rusiya və Belarus güləşçilərinin BOK-un müəyyən etdiyi iştirak şərtləri ilə yarışlara qayıtmasını yekdilliklə dəstəkləyib. Böyük yaş kateqoriyaları üçün Rusiya və Belarusiyadan olan bütün idmançıların uyğunluğunu yoxlamaq üçün müstəqil komissiya yaradılmalıdır. Komissiyanın dəqiq meyarları və üzvləri yaxın həftələrdə müəyyənləşəcək.

Həmin kateqoriyadan