Rusiyada 6 medal

Rusiyada güləş üzrə iki ənənəvi yarış keçirilib.

Allsport.az xəbər verir ki, Vladiqafqazda 2-qat olimpiya çempionu Soslan Andiyevin xatirə turniri baş tutub.

Məhəmmədxan Məhəmmədov ilk dəfə özünü 125 kq-da sınayıb. Yeni çəkidə debüt uğurlu alınıb. Ötən ay İslam həmrəyliyi oyunlarında yığma üzvü bu yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Əli Tsokayev (86 kq) və Osman Nurməhəmmədov (97 kq) gümüş, Hacımurad Ömərovla (74 kq), Məhəmməd Qandəmirov (125 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan