Rusiyalı “Barbi” Fransa qran prisində

Ənənəvi olaraq, qran pri mərhələlərinin son günündə nümayiş tamaşaları keçirilir.

Allsport.az xəbər verir ki, reqlamentə əsasən, bütün mükafatçılar burada iştirak etməlidir. Təəccüblü deyil ki, burada çox sayda fransız musiqili tamaşalar izlədik – idmançılar ev sahibi ölkəyə bu yolla hörmət nümayiş etdirirlər.

Qala gecəsini qızlar başlatdı. Adətən təşkilatçılar özlərini yalnız konkisürmə ilə məhdudlaşdırırlar, lakin Fransada bu dəfə abu-hava tamam fərqli oldu. İlk olaraq “Les Foenix” komandası, zalda oturan azarkeş və tamaşaçıları “qızışdırdı”.

Lukas Briçgi hərkəsi təəccübləndirməyi bacardı. O, küçə rəqqası kimi geyinərək əlində səs ucaldıcı ilə buza çıxdı. Əvvəlcə Briçgi özü rəqs etsə də, sonradan bir neçə idmançını yanına çağırdı və bu yerli publikanın çox xoşuna gəldi

Keçmiş rusiyalı Anastasiya Qubanova, “Barbi” mövzusunu davam etdirdi. Hər dəfə ona turnir iştirakçıları arasından müxtəlif oğlanlar kömək edir. Angersdə ona Tim Dik yardım etdi. Qubanova musiqinin obrazını və əhvalını əla şəkildə çatdırmağı bacardı.

Həmin kateqoriyadan