Rusiyalı velosipedçilərin trek üzrə Avropa çempionatında iştirakdan məhrum edilib

Kottbusda keçirilən Avropa çempionatının təşkilat komitəsi Rusiyadan neytral idmançıların iştirakına icazə verməkdən imtina edib.

Allsport.az xəbər verir ki, bu barədə Rusiya velosiped idmanı federasiyasının teleqram kanalında məlumat verilib.

İmtina qərarı turnirin təşkilat komitəsi ilə Almaniya hökuməti və ölkənin idman nazirliyi arasında məsləhətləşmələrdən sonra qəbul edilib. Müsabiqə 2024-cü ilin iyulunda baş tutacaq.

Dekabrda Avropa velosipedçilər ittifaqı (UEC) neytral rusiyalı idmançıların Hollandiyada keçirilən trek üzrə Avropa çempionatında iştirakına qadağa qoyub.

Həmin kateqoriyadan