- Baxış sayı: 42
- 20 Mart 2026 22:25
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0
Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda “Vinoqradar”la qarşılaşıb. Matç Split klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda debüt edən Ruslan 46-cı dəqiqədən etibarən meydanda olub.
Qeyd edək ki, “Hayduk” bu rəqibinə səfərdə də 3:0 hesabıyla qalib gəlmişdi. Nəticədə, Split təmsilçisi Xorvatiya Kubokunun yarımfinalına vəsiqə əldə edib.