- Baxış sayı: 45
- 03 Fevral 2026 17:54
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0
Xorvatiyanın “Hayduk” klubu ilə icarə müqaviləsi imzalayan Ruslan Qurbanov bu transferlə bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, “Neftçi”nin və milli komandamızın hücumçusu öz rəsmi feysbuk profilində bunları qeyd edib:
“Təbriklərə görə hamıya çox təşəkkür edirəm. Təşəkkürlər, “Neftçi”! Azarkeşlərə təşəkkür edirəm: siz həmişə mənim ürəyimdə olacaqsınız. Siz həmişə hamıdan yaxşı olmusunuz və olacaqsınız. Mən, bütün Azərbaycanı təmsil etmək üçün gedirəm. Məni buraxdığına görə “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Həmişə ürəyimdəsiniz!”