- Baxış sayı: 31
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 46
- Dekabr 05, 2025
- 0
Xorvatiya çempionatında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda “RNK Split”lə qarşılaşıb. Split derbisi “Hayduk”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qurbanov matçın 66-cı dəqiqəsində meydana çıxmasına baxmayaraq, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, “Hayduk” hazırda 37 xalla dördüncü pillədə qərarlaşıb.