- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan yığmasının və Xorvatiyanın “Hayduk” klubunun hücumçusu Ruslan Qurbanov “goal.com” saytına müsahibə verib. Allsport.az sizi millimizin forvardının bəzi açıqlamaları ilə tanış edir.
“Malta ilə AÇ-2016-nın seçmə mərhələ oyunu öncəsi baş məşqçi Robert Prosineçki mənə dedi ki, meydana çıxmağa hazır ol. Hər şey normal olacağı halda, təxminən 60-cı dəqiqədən sonra meydana çıxmağım planlaşdırılırdı. Amma Namiq Ələsgərovun erkən zədələnməsi və oyunu davam etdirə bilməməsi 22-ci dəqiqədən meydana çıxmağıma şərait yaratdı”.
“Stadiondakı atmosfer fantastik idi. Baxmayaraq ki, azarkeşlərimiz bu seçmə mərhələyə uğursuz startımıza görə çox məyus idilər. Amma bu dəfə yeni baş məşqçi ilə meydana çıxdığımıza görə, yenə bizi dəstəksiz qoymamışdılar”.
“Prosineçki əvvəlki baş məşqçi Berti Foqtsun tam əksidir. O, hücum futbolu sərgiləməyimizi, parlaq oyun göstərməyimizi istəyir. Bu isə futbolçular tərəfindən də xoş qarşılanmaqdadır”.
Qurbanovun sözlərinə görə, Prosineçki oyundan sonra ona təşəkkürünü bildirib: “O, oyunumdan razı qaldığını bildirdi və söylədi ki, “Hayduk”dakı çıxışımı izləməyə davam edəcək. Digər komanda yoldaşlarımla da münasibətim normaldır”.
Millimizin üzvü qarşılarında duran hədəflərdən də danışıb: “Bizim öncəki hədəfimiz qrupda üçüncü yeri tutmaq idi. Amma seçmə mərhələyə ardıcıl məğlubiyyətlərlə başlamağımız şansımızı azaltdı. Buna baxmayaraq, mübarizəmizi sonadək davam etdirəcyik. Növbəti seçmə mərhələ üçün rəqabətədavamlı komanda yaratmaq lazımdır”.