- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
Xorvatiya çempionatında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Zaqreb”lə qarşılaşıb. Matç “Hayduk”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan matçın 79-cu dəqiqəsindən mübarizəyə qoşulsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, Qurbanovun komandası hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.