- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
Xorvatiya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Split təmsilçisi səfərdə bu şəhərin digər komandası – “RNK Split”lə üz-üzə gəlib. Matç “Hayduk”un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan matçın 46-cı dəqiqəsində meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, “Hayduk” ilk oyunda bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. İki oyunun nəticəsinə görə məğlub olan futbolçumuzun komandası finala çıxa bilməyib.