- Baxış sayı: 40
- 16 Oktyabr 2024 21:12
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Azərbaycan basketbol liqasında (ABL) 17-ci tura start verilib.
Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində baş tutmuş turun açılış oyununda, “Xəzri” və “Sərhədçi” klubları üz-üzə gəliblər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Xəzri”, pley-off uğrunda mübarizə aparan “Sərhədçi” klubu ilə qarşılaşıb.
Oyuna fəal başlayan “Sərhədçi”, rəqibi üzərində 98-70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Məlumat üçün xatırladaq ki, bu turda “Sumqayıt” klubu “Sabah” kollektivinə məğlub olarsa, “Sərhədçi” 6-cı pillədən pley-off yarışına vəsiqəni təmin edəcək.
Ən məhsuldar basketbolçular: “Xəzri” (Yusuf Mohəmməd – 24 xal, 4 götürmə), “Sərhədçi” (Cəbrayıl Əkbərov – 18 xal, 8 götürmə).