- Baxış sayı: 53
- 11 May 2026 15:09
- Baxış sayı: 76
- May 11, 2026
- 0

UEFA gənclər liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Bazel” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşacaq “Sabah” klubu Avropada yaşayan azərbaycanlılara müraciət edib.
Allsport.az istinadən xəbər verir ki, paytaxt təmsilçisi səfər matçında azarkeşləri tribunalardan dəstək verməyə çağırıb.
Matçı stadiondan izləmək istəyən tərəfdarların qeydiyyatdan keçməsi xahiş olunub. Həmin azarkeşlər qarşılaşmanı izləmək üçün biletlə təmin ediləcəklər.
“Bazel” və “Sabah”ın U-19 komandalarının görüşü oktyabrın 23-də, “St. Yakop-Park” stadionunda baş tutacaq.