- Baxış sayı: 30
- 22 Aprel 2025 21:43
- Baxış sayı: 181
- Aprel 22, 2025
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Səbail” matçından (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşma barədə bunu deyib:
“Yarımfinala vəsiqə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Hava soyuq olsa da, meydanda ciddi idilər. Rəqib də heyətində bəzi dəyişikliklər etmişdi. Amma bizə kifayət qədər problem yaratdı. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı, 4 qol izlədilər. Artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.
“Qarabağ” iki oyunun ümumi nəticəsində “Səbail”i 4:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.