- Baxış sayı: 132
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Səbail” PFK-nın qış hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, “dənizçilər” mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaq. Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq. Komanda hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də baş tutacaq. Görüşün məkanı və saatı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.