- Baxış sayı: 52
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, Azərbaycanı fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva 2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatına vəsiqə qazanıb.
Bu uğuru idmançımız 22-28 yanvar tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında əldə edib. Belə ki Səbinə Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və 2-ci yerə sahib olub.