- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0
Tailandın Pattaya şəhərində ağırlıqqaldıranların dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda 105 ölkədən 734 azman (395 kişi və 339 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığmasının 3 üzvü də var.
İlk olaraq Səbinə Əzimova (55 kq) “C” qrupunda mübarizəyə qoşulub. İdmançımız toplam 181 kq (79+102) nəticə ilə 4-cü yeri tutub. Onun yekun sıralamada tutduğu yer “B” və “A” qrupunda rəqabət başa çatandan sonra bilinəcək.