- Baxış sayı: 41
- 06 Mart 2026 13:52
- Baxış sayı: 252
- Mart 05, 2026
- 0

Gəncə olimpiya idman kompleksində keçirilən 3-cü MDB oyunlarında Nəzrin Əhmədli (46 kq) bürünc medala yetişdi. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o ürək sözünü KİV-ə danışdı:
“Yarışa yaxşı hazırlaşmışdım. Özbəkistanlı rəqiblə görüşdə hesab 4:4 olarkən son saniyədə xal verdim. Rusiyalı idmançı ilə tutaşmada da eyni hal oldu. 2:0 irəliləydim, son saniyələrdə rəqib 2 xal alıb sevindi. Axırıncı qarşılaşmada toparlanıb 9:0 qalib gələrək, yekun sıralamada 3-cü oldum.
Allah qoysa, səhvlərdən nəticə çıxarıb gələn il Avropa və dünya birinciliklərində uğur qazanmaq niyyətindəyəm”.
Kamran HACI, Gəncə