- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında 4 medal qazanan sərbəst güləş millimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 1 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında 3-cü yeri tutan komandamızın Heydər Əliyev adına beynəlxalq aeroportunda qarşılanma mərasimi keçirilib. Yığmanın məşqçisi Teymuraz Kokoyev brifinqdə bunu deyib:
“Güləş azarkeşlərimizi əldə olunan uğurlara görə təbrik edirəm. Komanda hesabında 3-cü olmaq yaxşı nəticədir. Bizim üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı. Yüksək səviyyədə təlim-məşq toplanışları, vitaminlə təminat, qidalanma – hər şey qaydasında idi.
Fürsətdən istifadə edib, federasiyamıza, GİN və MOK-a təşəkkürümüzü bildiririk. Səylə, peşəkar şəkildə dünya çempionatına hazırlaşdıq. Nəticələrdən razıyıq. Amma məşqçilər və idmançılar hər zaman daha yüksək uğurlara ümid edirlər. Səhvlər üzərində işləyəcəyik. Bundan da yaxşı nəticələr göstərməyə çalışacağıq”.