- Baxış sayı: 22
- 16 Yanvar 2026 21:40
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

VI İslam həmrəyliyi oyunlarında qadın voleybol millisinin kapitanı Aynur İmanova açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, həlledici görüşün çətin keçəcəyini söyləyib:
“Finala yüksəlməyimiz münasibətilə komandamı təbrik edirəm. İlkin mərhələdə Türkiyə yığmasına qarşı keçirdiyimiz oyunda məğlub olmuşduq, amma həmin görüşdən sonra səhvlərimizi diqqətlə təhlil etdik.
Final oyununda əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, əvvəlki oyunda etdiyimiz səhvləri təkrarlamayaq. Qızlarımıza inanıram, komandamıza uğurlar arzulayıram”.