- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Allsport.az xəbər verir ki, IV turda “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olub. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.
“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/02 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/21 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.
Ölkə çempionatları 2013/14 mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/99, yarımçıq qalan 2001/02 və 2009/10-2012/13 mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.