- Baxış sayı: 53
- 24 Mart 2026 11:11
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Türkiyənin “Beşikdaş” klubunun baş məşqçisi Şənol Günəş “Qarabağ” barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, ötən gün Super liqanın növbəti turunda “Kayserispor”a qarşı keçirdikləri oyundan (4:0) sonra azərbaycanlı jurnalistin “Qarabağ”la bağlı sualına cavab verib.
Həmkarımız türkiyəli təcrübəli mütəxəssisdən “Qarabağ”la yoldaşlıq görüşü keçirməyi düşünüb-düşünmədiklərini soruşub. Günəşin cavabı belə olub: “Bundan şərəf duyarıq. Azərbaycanla eyni duyğuları bölüşürük və eyni millətik. “Qarabağ” komandasını da tanıyıram. İnşallah, bir gün orada və ya burada matç keçirərik”.