- Baxış sayı: 43
- 17 Dekabr 2025 15:48
- Baxış sayı: 103
- Dekabr 17, 2025
- 0

Aprelin 19-da güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə 45, 51, 60, 71 və 92 kq-da, ikinci günündə isə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparacaqlar.
Bu gün çempionatın keçiriləcəyi FHN idman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə məşqçilərin iştirakıyla iclas keçirilib. Tədbirdə AGF-in baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, hakimlər kollegiyasının sədri Qərib Əliyev, eləcə də GİN-in aparıcı mütəxəssisi Yaşar Rzayev çıxış edərək, yarışla bağlı fikir və tövsiyələrini çatdırıblar.
Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağı təkliflərini səsləndiriblər. İclas başa çatdıqdan sonra sərbəst güləş üzrə püşkatma keçirilib.
