- Baxış sayı: 30
- 16 Aprel 2025 22:08
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
Slovakiya paytaxtı Bratislavada keçirilən Avropa çempionatında sərbəst güləşçilərin çıxışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu sınaqda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 119 xalla komanda hesabında Avropa çempionu olub! Gürcüstan (114) 2-ci, Türkiyə (73) isə 3-cü yeri tutub.
Bununla da sərbəst güləşdə Avropa çempionluqlarımızın sayı 5-ə çatıb. Buna qədər 2009, 2017, 2022 və 2023-cü illərdə də sərbəst güləş yığmamız qitənin ən güclü komandası ünvanına sahib çıxıb.
Xatırladaq ki, təmsilçilərimizdən Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıblar.