- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

7-8 fevralda Arazın o tayında sərbəst güləş üzrə Təxti kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə ilin ilk sınağına çıxacaq.
Tehrana Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov, Mircəlal Həsənzadə (hər ikisi – 61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov, Məhəmmədhacı Xatiyev (86 kq), Şərif Şərifov, Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) yollanacaqlar.
Görüşlərin idarə olunmasında 3-cü dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ter alacaq.