Sərbəst güləş millimiz Avropa çempionu oldu!

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçilərimiz tarixi uğura yetişib. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi ilə yollanan Azərbaycan millisi 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gəliblər. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) bürünc medallara sahib çıxıblar.

10 çəkidən 9-da təmsil olunan komandamız yekunda 159 xal ilə Avropa çempionu olub. Türkiyə (151) 2-ci, Gürcüstan (149) yığması 3-cü yeri tutub.

Həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.

Həmin kateqoriyadan