- Baxış sayı: 122
- 07 Yanvar 2025 19:59
- Baxış sayı: 626
- Yanvar 03, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Allsport.az xəbər verir ki, 2 gümüş, 3 bürünc medal qazanan millimiz 87 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.
Bizdən Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) bürünc medal qazanıb.