- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Arazın o tayında sərbəst güləş üzrə dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz Rusiya, Gürcüstan və ABŞ komandaları ilə “A” yarımqrupunda mübarizə aparıb.
Bahadırlarımız ilk qarşılaşmada rusiyalı həmkarları ilə 4:4 ediblər. Xalların keyfiyyətinə görə bizimkilər qalib sayılıblar (32:29). Növbəti mücadilədə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məyus edib.
Millimiz son görüşdə ABŞ-la da əsas hesabda heç-heçə edib – 4:4. Amma bu dəfə texniki xallara görə rəqib qalin edilib (20:14). Awf-az.org qeyd edib ki, 74 kq-da gedişatda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər qeyri-obyektiv olublar.
Yığmamız digər yarımqrupun 2-cisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici matçda 7:1 qalib gələrək dünya kubokunda bürünc medala sahiblənib.