- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı sona çatdı. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş millimiz bu yarışda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı.
Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) 1-ci, Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq) 2-ci, Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) 3-cü oldular.
Yığmamız komanda hesabında 160 xalla 2-ci yer tutdu. Rusiya 1-ci (204), Türkiyə 3-cü (125) pilləyə çıxdı.