- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş üzrə millimiz təqvim planı üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Saypulla Absəidov ilin sonu və qarşıdakı il üçün əsas hədəfin Rio-2016-ya hazırlıq və “dördilliy”in zirvə yarışında uğurlu çıxış olduğunu bildirib:
“Azərbaycan güləşçiləri onlara göstərilən etimadın məsuliyyətini dərk edirlər. Hətta istirahət vaxtı da müəyyən proqramlar üzrə məşqlərini davam etdiriblər. Buna görə də hazırda yaxşı formadadılar.
Bilirsiz ki, qarşıda duran əsas tapşırığımız Rio Olimpiadasına maksimum lisenziya qazanmaq və Braziliyada uğurla çıxış etməkdir. Elə indidən məşqlərimizi elə qururuq ki, Olimpiya Oyunlarına qədər hamı optimal formada olsun”.