Sərbəst güləşçilər də komanda hesabında Avropa çempionu oldu!

Serbiyanın Novı Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2 dəst medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub! Bizimkilər 2-ci pillədə Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi ilə Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan