- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Serbiyanın Novı Sad şəhərində U-17 Avropa çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib.
Hacıhüseyn Əhmədzadə (48 kq) belaruslu Vladislav Lisitsaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.
Hüseyn Hüseynov (55 kq) əvvəlcə təsəlliverici görüşdə moldovalı Viktor Vdoviyə heç bir şans tanımayıb – 10:0. Axşam seansında belaruslu Artyom Pavluçenkanı (3:0) üstələyən Hüseyn fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib. Son saniyələrdə sevimli fəndini icra edən Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbəylə Avropa çempionu olub.
Məhəmməd Abbaszadə (80 kq) təsəlliverici görüşdə macarıstanlı Levente Şikşaydan güclü olsa (6:0) da, bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Sahak Hovannisyana sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Məhəmməd Qandəmirov (110 kq) finalda rusiyalı Movsar Saydulayevə sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.