- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə qran-pri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci yarış günündə “sərbəstlər”imiz mübarizə aparıblar. Millimiz 3 qızıl və 1 gümüş medal qazanıb. Hacı Əliyev, Gitinoməhəmməd Hacıyev və Camaləddin Məhəmmədov 1-ci, Mircəlal Həsənzadə 2-ci olub.
İlk mücadilə günündə “klassiklər”də Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər arasında olimpiya çempionu Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar; London-2012-nin qalibi Şərif Şərifov (86 kq) 2-ci pilləni tutub.
57 kq
1/4 final – Mircəlal Həsənzadə – Artur Eisenkrein (GER) 10:0
1/2 final – Edwald Marcel (GER) – Mircəlal Həsənzadə 0:10
FİNAL – Mircəlal Həsənzadə – Denis Daniel (USA) 2:3
61 kq
1/4 final – Abbas Raxmonov (UZB) – Hacı Əliyev 2:13
1/2 final – Wolfer Manuel (GER) – Hacı Əliyev 2:12
FİNAL – Hacı Əliyev – Krustof Bienkovski (POL) 10:0
70 kq
1/4 final – Haydar Yavuz (TUR) – Gitiməhəmməd Hacıyev 0:12
1/2 final – Gitiməhəmməd Hacıyev – Nurlan Bekzanov (KAZ) 5:2
FİNAL – Vickel Lennard (GER) – Gitiməhəmməd Hacıyev 6:12
125 kq
1/8 final – Camaləddin Məhəmmədov – Dmitri Popov (KAZ) 7:3
1/4 final – Danilo Kartavyi (UKR) – Camaləddin Məhəmmədov 1:11
1/2 final – Robert Baran (POL) – Camaləddin Məhəmmədov 1:9
FİNAL – Daulet Şabanbay (KAZ) – Camaləddin Məhəmmədov 6:12