Sərbəst güləşçilərimiz Dağıstanda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Dağıstan Respublikasının Çumada rayonunda Sovet İttifaqı qəhrəmanı Kadi Abakarovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 44-cü beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda milli komandamızın üzvləri 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Əhmədnəbi Qvarzatilov (61 kq) və Məhəmməd Müslümov (70 kq) bütün rəqiblərini üstələyərək, qızıl medala yiyələniblər. Adı ilk çəkilən idmançı finalda yerli Şamil Omarov, Məhəmməd Müslümov isə komanda yoldaşı Murtuzəli Müslümov üzərində qələbə qazanıb.

Digər gümüş medala gərgin keçən final görüşündə yerli idmançı Zaur Uquyevə uduzan Georgi Edişeraşvili (57 kq) sahib olub. Görüşdə 4:4 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqibin qazanması görüşün də onun xeyrinə başa çatması ilə nəticələnib.

74 kq çəkidə Ruslan Dibirhacıyev bürünc medala sahib çıxıb. Bundan başqa, 57 kq-da təmsilçimiz Georgi Edişeraşvili “ən yaxşı texnikalı güləşçi” nominasiyasında turnirin mükafatına layiq görülüb.

Həmin kateqoriyadan