- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sərbəst güləşçilərimiz öz növbəsində, dünya çempionatına hazırlığını davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, İstanbulda Yaşar Doğunun xatirə yarışda qüvvəsini sınayan komandamız Türkiyədə 2-həftəlik təlim-məşq keçib.
Sonra çalışmaları paytaxtda sürdürən millimiz yenə səfərə çıxıblar. Amma onlar da ölkə dışına deyil, məmləkət içinə üz tutublar. “Klassiklər”imiz Göygöldə düşərgə salıb. Sərbəst güləş yığmamız baş məşqçi Firdovsi Umudovun doğma yurdu Qazaxda bir araya gəlib.
Fiziki hazırlığı Çaylıda keçən bahadırlarımız bir müddət sonra rayonun olimpiya idman kompleksində taktiki-texniki çalışmaya başlayacaqlar. Məşqlərə gənclərdən ibarət komandanın aparıcı üzvləri də qoşulublar.