- Baxış sayı: 73
- 16 Dekabr 2025 10:00
- Baxış sayı: 43
- Dekabr 16, 2025
- 0

Dağıstanın Xasavyurd şəhərində sərbəst güləşçiıərin sayca 8-ci “Qitələrarası kubok” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz bu yarışı 1 gümüş medalla başa vurub.
65 kq-da Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısına uduzan idmançımız 2-yerlə kifayətlənib.
Bu çəkidə digər güləşçimiz Mahal Novruzov 5-ci olub. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil ediblər.