- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri”nin final mərhələsi start götürüb. Allsport.az saaytı xəbər verir ki, yarışda 49 ölkədən 500-ə yaxın ən güclü pəhləvanlar mübarizə aparır. İlk yarış günündə “sərbəstlər” xalça üzərinə çıxıblar.
Firdovsi Umudovun rəhbərliyi ilə məşqçilər heyəti daha çox gənc güləşçilərə şans verdiyi yarışı millimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) 1-ci yer tutublar.
Yalnız final görüşündə uduzan Gitinoməhəmməd Hacıyev (70 kq) gümüş mükafata yiyələnib. Bürünc medallar Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbəy Alborovun (97 kq) payına düşüb.