- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Sabah Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə “Şxireli kuboku”na start veriləcək.
Allsport.az saytı xəbər verir ki, U-20 yaş qrupunda ölkəmizi məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi ilə Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) təmsil edəcək.
2 gün davam edəcək ənənəvi yarışda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaq.