- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
11-12 iyunda ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan pəhləvanları iştirak edəcəklər. Püşkatmanın nəticəsinə əsasən, millimiz İran, ABŞ və Hindistan komandaları ilə “B” qrupunda; Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları “A” qrupunda mübarizə aparacaqlar.
Yarışda bizdən məşqçi Sədrəddin Ayqubovun rəhbərliyi ilə 10 güləşçimiz iştirak edəcək: Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi – 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (86 kq), Aslanbəy Alborov (97 kq) və Səid Həmidov (125 kq).
Yarışın proqramına əsasən, iyunun 11-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək. Ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.