Sərbəst güləşçilərdən 1 qızıl, 3 gümüş və 2 bürünc

Tatarıstanın paytaxtı Qazanda “BRICS idman oyunları” davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün sərbəst güləşçilərimizdən
Hacımurad Məhəmmədsəidov (97 kq) qızıl, Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq), Orxan Abbasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Hacıyev (74 kq) bürünc medal qazanıblar.

Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a çatıb: 2 qızıl, 3 gümüş və 4 bürünc!

Xatırladaq ki, iyunun 11-də start verilən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gəlib. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc mükafata sahib olublar.

Həmin kateqoriyadan