- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniyanın Buxarest şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, rəqabətin son 3 günündə “sərbəstlər” güləşçilər.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi ilə ölkəmizi Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (65 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcəklər.
Sabah 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcək. Digər 5 çəkidə yer alan idmançılar isə iyunun 18-də xalça üzərinə çıxacaq.