- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Milli komandamızın təcrübəli sərbəst güləşçisi Georgi Edişeraşvili UWW-un iyul ayı üçün açıqladığı reytinqdə 57 kq çəkidə ilk pilləyə yüksəlib.
Allsport.az saytı xəbər verir ki, legionçumuzun ilk sıraya qalxmasına səbəb, mayda Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanmasıdır.
Dünya Güləş Birliyinin ötən əmsalında iranlı Həsən Rəhimi 1-ci yerdə idi. Türkiyəli Süleyman Atlı da irəliləyib, 2-ci mövqeni tutur.
Xatırladaq ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi yerli mütəxəssis Firdovsi Umudovdur.