- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə 21-ci beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, xanımların mübarizəsində Tatyana Omelçenko (60 kq) qızıl, Türkan Nəsirova (48 kq), Elmira Qəmbərova (63 kq) gümüş, Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) bürünc medal qazanıblar.
“Sərbəstlər”də Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) 1-ci, Gitinoməhəmməd Hacıyev və Məhəmməd Müslümov (hər ikisi – 65 kq) 3-cü olublar.