- Baxış sayı: 308
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 güləşçi təmsil edəcək.
Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi ilə İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Əbubəkr Abakarov (hər ikisi – 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.
Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının – Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi – 50 kq) və Elis Manolova (62 kq) xidmətindən istifadə edəcək.
III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.