- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Güləş üzrə milli komandalarımız növbəti təlim-məşqə start verib. Allsport.az saytı xəbər verir ki, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşçilər mayın 8-dən toplanışıblar.
“Sərbəstlər”in baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş tərkibdə Bakıda məşqləri keçir. Olimpiya güləş mərkəzində İsveçrə, Estoniya və Latviya yığma komandalarının üzvləri də iştirak edirlər. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək.
Yunan-Roma güləşi üzrə millimiz isə ölkə xaricinə yollanıb. Komandamız mayın 8-dən Anqarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə 13 güləşçi hazırlıq prosesində iştirak edir. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub.
Təlim-məşq toplanışları avqustda Konya-2021 İslam həmrəyliyi oyunlarına və sentyabrda Serbiyada dünya çempionatına hazırlıq xarakteri daşıyır.