Sərbəst və yunan-Roma güləşçilərimiz Avropa Millətlər Kubokunda 2-ci oldu

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku başa çatıb. Allsport.az xəbər verir ki, turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparıb.

Yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.

Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.

Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. 7 güləşçi ilə mübarizə aparan sərbəst güləş yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına yiyələnib.

Yunan-Roma güləşi
FİNAL

AZƏRBAYCAN – Rusiya 2:6
59 kq – Murad Məmmədov – Minqiyan Semyonov 2:5
66 kq – Kamran Məmmədov – İslambek Albiyev 3:4
71 kq – Azad Əliyev – Yuriy Denisov 0:8
75 kq – Rüstəm Əliyev – Aleksandr Çexirkin 0:8
80 kq – Emin Əhmədov – Ramazan Abaçarev 0:3
85 kq – İslam Abbasov – Aleksey Mişin 1*:1
98 kq – Şəhriyar Məmmədov – Musa Yevloyev 0:8
130 kq – Sabah Şəriəti – Sergey Semyonov 2:1

Sərbəst güləş
FİNAL

Rusiya – AZƏRBAYCAN 5:3
57 kq – İsmayıl Musukayev – Ruslan Qasımov 5:0
61 kq – Axmed Çakayev – Əhmədnəbi Qvarzatilov 10:0
65 kq – Murad Nuxkadiyev – Məhəmməd Müslümov 4:11
70 kq – Rəsul Cukayev – Hacımurad Ömərov 6*:6
74 kq – Yaqub Şıxcamalov – Murad Süleymanov 2:12
86 kq – Axmed Maqomedov – Hacımurad Məhəmmədsəidov 8:0
97 kq – Yuriy Belonovskiy – Aslanbek Alborov 0:4
125 kq – Vladislav Bayçayev – güləşçimiz diskvalifikasiya edilib

Həmin kateqoriyadan